Araz palıdı haqında

Soru CevapKategori: BiyolojiAraz palıdı haqında
Anonymous sordu 8 yıl önce
1 Cevap
313 Staff cevapladı 8 yıl önce

Bioloji xüsusiyyətləri

Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır. Cavan yaşlarında zoğları yaşlımtıl rəngdə, tüklü olur, sonradan qırmızımtıl rəng alır. Yarpaqları böyük, uzunsov, tərsinə yumurtaşəkilli olub, üst tə-rəfdən açıq-yaşıl, tüksüz, bəzən sonradan tökülən məxməri tükləri vardır. Yarpağın kənarları tam və ya küt dişli, kiçik və qısa dilimli ola bilir. Yarpaq saplağı 0,3-2,5 sm uzunluğunda olur. Tumurcuq pulcuqları qırmızı rəngdədir. Meyvə saplağı qısa, 0,5-1,5 sm uzunluğunda olur. Meyvə çanaqcığı kürə şəklində olub, 2-3 sm boyundadır. Meyvənin üçdə bir hissəsi qədəhin içindədir. Dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəkliklərə qalxa bilir. May-iyun ayları arasına çiçəkləyir, oktyabr-noyabr aylarında toxumu yetişir

Çoxalması

Təbiətdə toxum vasitəsilə çoxalır.

Ümumi yayılması

İran, Kiçik Asiya, İraq, Əfqanıstan və Ermənistanda təbii arealları vardır.

Azərbaycanda yayılması

Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır.

Statusu

Azərbaycanın nadir bitki növüdür. CR A1ab;B1bc(iii,iv).

Bitdiyi yer

Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir.

Təbii ehtiyatı

Arealı çox da geniş deyildir.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliy¬yətidir.

Becərilməsi

Mədəni şəraitdə becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edimişdir.

Zəruri qoruma tədbirləri

Yeni yasaqlıqların yaradılması vacibdir.

Məlumat mənbələri

Дерево и кустарники СССР. т.2. 1951; Флора Азербайджана т.3. 1952; Azərbaycanın ağac və kolları. II cild, 1964; Красная Книга СССР. 1984; Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları.1996; Azərbaycan florasının konspekti, I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-duksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

Sponsorlu Bağlantılar
Cevabınız

17 + 12 =

RenkliNOT